SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda döyüş atışlı və atışsız taktiki təlimlər davam edir

Naxçıvanda döyüş atışlı və atışsız taktiki təlimlər davam edir
10-07-2020, 13:09

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ordunun mətbuat xidmətindən bildirilib ki, taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı, hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.

Təlimə cəlb edilmiş bölmələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.

Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.

Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.

Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31