SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub-Video

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub-Video
21-02-2019, 13:30

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb və son illər bu sahədə əldə edilən uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031