SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına yeni texnika daxil edilib-VİDEO

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına yeni texnika daxil edilib-VİDEO
4-06-2020, 18:54

Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində silah və texnika nümunələrinin sayı artılaraq 40-a çatdırılıb.

Hazırda eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub və 1 döyüş-nəqliyyat vertolyotu birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.
Pilotlar tərəfindən “Uçan tank”, xarici görünüşünə görə isə "Timsah" adlandırılan Mİ-24V döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilirdi.

Təknəfərlik YAK-50 idman-aerobatik təlim və ikinəfərlik YAK-52 idman-aerobatik təlim-məşq təyyarələrindən hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların hazırlanmasında istifadə edilib.

Açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş top və minaatanlar, zenit raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930