SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların videoqəbulunu keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların videoqəbulunu keçirəcək
22-05-2020, 12:49

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən 31 may 2020-ci il tarixdə saat 10:00-da Xidmətin Aparatında vətəndaşların videoqəbulu keçiriləcək.

Bakı şəhərində yaşayan vətəndaşlar videoqəbulda iştirak etmək üçün Xidmətin Aparatına (Z.Əliyeva küçəsi 30) gələrək, respublikanın digər şəhər və rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlar isə yaşadıqları və qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə müraciət edərək müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra videoqəbulda iştirak edə bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031