SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib-FOTO

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib-FOTO
12-05-2020, 11:11

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları birinci yerə layıq görülüblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb.

İdmançı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 kilometr məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, 3-cü yerdə isə motoatıcılar qərarlaşıb.

 

Rauf KƏNGƏRLİ

İlk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib-FOTO

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib-FOTO

Naxçıvan Qarnizonunda hərbi beşnövçülük üzrə keçirilən yarışların qalibləri müəyyənləşib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930