SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Ordusu pandemiya dövründə: əsgərlər qorunur, döyüş hazırlığı davam edir

Azərbaycan Ordusu pandemiya dövründə: əsgərlər qorunur, döyüş hazırlığı davam edir
30-04-2020, 15:11

Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Ordu hissələri bunu praktiki olaraq 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısının alınmasında göstərdiyi nəticələr ilə bir daha sübut etdi.

Ölkədə ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə də alınan ən müasir silah və hərbi texnika, bütün təchizatın modernləşdirilməsi, o cümlədən yeni texnologiyaların tətbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrimizin hərtərəfli təminatı, müntəzəm keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldib. Ordumuzun yüksək peşəkar kadrlara malik olması müasir silah və hərbi texnikalardan, yeni döyüş vasitələrindən istifadədə çətinliklər yaratmayıb. Azərbaycan Ordusu koronavirus pandemiyası dövründə də döyüş hazırlıqlarını davam etdirir.

Azərbaycan əsgəri koronavirusdan necə qorunur?

Dünyanı cənginə alan koronavirus təhlükəsi ordumuzda da ciddi qabaqlayıcı tədbirlərin icrasını zərurətə çevirdi. Koronavirus pandemiyası dünyaya təhlükə törətməkdə və bir çox ölkələrin iqtisadiyyatından tutmuş ordusuna kimi zərər verməkdə davam edir, amma ölkəmizdə o cümlədən Azərbaycan Ordusunda vəziyyət tamamilə başqadır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkənin bütün sahələrində olduğu kimi, orduda da müvafiq qabaqlayıcı və maarifləndirmə işlərinin təşkil edilməsi tapşırıldı.

Bu məqsədlə, hələ virusun ölkəmizdə olmadığı vaxtdan başlayaraq Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə təxirəsalınmaz tapşırıqlar verildi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930