SON DƏQİQƏ

naxcivanxeberleri.com

HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib

HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib
14-02-2019, 19:55

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 27-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Polkovnik Elşad Pənahov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Polkovnik Elşad Pənahov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.


HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib
HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib
HHQ-nin hərbi hissəsində təntənəli mərasim keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031