SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan istehsalı olan “Zəfər” yaxın döyüşün qorxunc silahıdır

Azərbaycan istehsalı olan “Zəfər” yaxın döyüşün qorxunc silahıdır
28-04-2020, 05:18

Tapança polis, təhlükəsizlik qurumu və ya digər güc strukturlarının əməkdaşları üçün əsas standart silahdırsa, xüsusi təyinatlı əsgər üçün isə bu, döyüş zamanı tez bir zamanda yenidən doldurula bilməyən hücum tüfəngi (pulemyot) üçün ani əvəzedicidir.

 

Bu an əsas çaplı silah taktiki kəmər vasitəsilə kürək arxasına keçir və düşməni Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan yaxın döyüşün qorxunc silahı “Zəfər” qarşılayır.

Təhlükəsizlik qüvvələrimizin arsenalında olan sovet dövrünün yarımavtomatik (özüyüklənən) tapançalarının həm mənəvi, həm də texniki cəhətdən köhnəldiyini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi, bir neçə il əvvəl ən yaxşı keyfiyyətləri - əla erqonomikliyi, etibarlılığı və əlbəttə ki, taktiki imkanları özündə birləşdirən olduqca maraqlı bir silah seriyasının istehsalına başladı.


Özünəməxsus bir stildə hazırlanan 9 mm-lik “Zəfər” tapançaları döymə və tökmə poladı, yüngül metalları, polimer hissə və detalları özündə birləşdirir.

Məsələn “P” (polimer) indeks ilə “Zəfər” tutqun paslanmayan qara poladdan hazırlanan örtük-çaxmağa və poladdan zəif olmayan, lakin bir neçə dəfə ondan daha yüngül olan plastik çərçivəyə malikdir. Burada kütlə qənaətinin tapançanın istismarına və döyüşçünün taktiki imkanlarına necə müsbət təsir etdiyini ətraflı təsvir etməyə ehtiyac qalmır.

Silah sektorunun yüksək konservatizmi sayəsində əvvəlcə polimer bəzi zövqlərə uyğun gəlmədi. 1970-ci ildə bazara çıxan “Heckler & Koch” VP70, sonra isə Avstriyanın “Glock” tapançaları mübahisələrə nöqtə qoydu. Artıq onların məhsullarını polimer silah olmadan təsəvvür etmək mümkün deyil.

Azərbaycanın “Zəfər P” həm keyfiyyətcə, həm də taktiki və texniki imkanları baxımından Qərb həmkarlarından zəif deyil. MSN-in istehsal etdiyi bütün seriyalı tapançaların 9x19 mm “Luger/Parabellum” mərmilərindən istifadə etdiyini də nəzərə alsaq, o zaman şanslar praktiki olaraq, demək olar ki, bərabərləşir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ikisıralı tapança xəzinələri standart 15 mərmi tutur. Artırılan həcmlə 17 və 20 mərmi üçün də xəzinələr mövcuddur və onlar bir-birini əvəz edə bilir, bu isə həm mülki patrullarda, həm də xüsusi əməliyyatlarda düşmən üzərində atəş hökmranlığı vacib olduqda onların istifadəsinə imkan verir. Xəzinənin dəyişdirmə düyməsi, tətik qoruyucusunun aşağısında yerləşir.

“Zəfər” seriyasının avtomatik yüklənməsi, lülənin qısa geri təpməsinə əsasən qurulub, lülənin kilidləməsi və açılması isə ənənəvi üsulla yerinə yetirilir. Tətikdən istifadə edərək özünüyükləmə mexanizmindən istifadə edilir. Silah çərçivəsinin sol tərəfində zərbə mexanizmini də avtomatik sığortalayan bayraq tipli qoruyucu yerləşdirilib. Dolu tapança birinin əlindən yerə düşdükdə, qoruyucu atıcı və ətrafdakıları təsadüfi atəşdən müdafiə edir.


“Zəfər”i koburadan götürən anda baş barmaqla qoruyucudan çıxarmaq daha rahatdır. Açıq giliz xaric etmə yuvası, mərmi xəttinin boş olub-olmadığını müəyyənləşdirməyi asanlaşdırır. Xəttin bütün modellərində ovucun anatomiyasını təkrar edən xoşagəlimli plastikdən istifadə olunur.

Tapançanın nişangahı açıq tiplıdir, o iki mövqedə tənzimlənən arxa hədəf kəsiyindən və tənzimlənməyən ön arpacıqdan ibarətdir. “Zəfər”in Pikatinni lövhəsindən istifadə edərək, onun üzərinə taktiki fənər və lazer göstəricisi quraşdırmaq mümkündür.

Qeyd edək ki, Rusiya Federasiyasında ARMY-2019 beynəlxalq hərbi-texniki forumunda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendində nümayiş olunan “Zəfər” seriyasından olan tapançalar əsl sensasiyaya səbəb olub.

“Zəfər” və “Zəfər K” Azərbaycanın güc strukturlarının silahlanmasında mövcuddur, onlar polis və ordu mütəxəssislərimiz tərəfindən yüksək qiymətləndirilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

“Zəfər”


• çapı: 9x19 mm “Luger/Parabellum”
• atəş məsafəsi: 75 m
• xəzinə tutumu: 15/20 * mərmi (sifarişlə)
• sistem: yarımavtomatik, qısa geri təpməli
• nişangah: ön, tənzimlənən
• ağız sürəti: 350 ± 10 m/s
• boş kütləsi: 950 q
• parametrləri: 204.5x139x37 mm (uzunluq, hündürlük, en)
• lülənin uzunluğu: 117 mm
• istismar temperatur intervalı: ± 50° C
• qoruyucu: iki vəziyətli mexaniki bloklama.


“Zəfər K”


• çapı: 9x19 mm “Luger/Parabellum”
• atəş məsafəsi: 75 m
• xəzinə tutumu: 15/20 * mərmi (sifarişlə)
• sistem: yarımavtomatik, qısa geri təpmə
• nişangah: ön, tənzimlənən
• mərminin ilkin sürəti: 340 ± 10 m/s
• boş kütləsi: 930 q
• lülənin uzunluğu: 102 mm
• istismar temperatur intervalı: ± 50° C
• qoruyucu: iki vəziyətli mexaniki bloklama.
• Pikatinni lövhəsi (fənər və ya lazer göstəricisi üçün)

“Zəfər P”


• çapı: 9x19 mm “Luger/Parabellum”
• atəş məsafəsi: 50 m
• xəzinə tutumu: 15/17/20 * mərmi (sifarişlə)
• sistem: yarım avtomatik, qısa geri təpmə
• nişangah: ön, tənzimlənən
• güllənin ilkin sürəti: 340 ± 10 m/s
• boş kütləsi: 595 q
• parametrləri: 174x127x30 mm (uzunluq, hündürlük, en)
• lülənin uzunluğu: 102 mm
• istismar temperatur intervalı: ± 50° C
• qoruyucu: iki vəziyətli mexaniki bloklama
Mənbə: Ordu.az 
Foto: "Polygon Azerbaijan"

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930