SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib
11-02-2019, 22:19

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, təlim-metodiki toplantı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işində şəxsi heyətlə iş üzrə zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ixtisas hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə təşkil edilib. Toplantıda nəzəri məşğələlərə üstünlük verilərək şəxsi heyətlə iş üzrə komandir müavinlərinin peşəkarlıqlarının artırılmasına, tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi işinə xüsusi diqqət yetirilib.

Muxtar respublikanın Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin toplantıda iştirak edən nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən toplantı zamanı bölmələrdə ictimai-siyasi hazırlıq dərslərinin keçirilməsi üzrə göstərici dərslər və hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Şəxsi heyətlə iş üzrə zabitlərdən ixtisas hazırlığından məqbullar götürülüb.

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə üç gün davam edən təlim-metodiki toplantının yekununda zabitlərin ixtisas hazırlığı və tabelikdə olanları idarəetmə bacarıqları yüksək qiymətləndirilib.

Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilibNaxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilibNaxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031