SON DƏQİQƏ

naxcivanxeberleri.com

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil oldu

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil oldu
8-04-2020, 06:09

NATO-nun dörd gəmisi Gürcüstanın Poti limanına daxil olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İtaliyanın ITS VIRGINIO FASAN, Kanadanın HMCS FREDERICTON, Rumıniyanın ROS REGINA MARIA, Bolqarıstanın BGS VERNI gəmiləri Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə təlimlərdə iştirak edəcəklər.

Təlimlərə Türkiyənin TCG SALIHREIS gəmisi də qoşulacaq.

Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.

Koronavirus epidemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçiriləcək. Birgə təlimlər heyətin iştirakı olmadan gəmilərin manevrlərindən ibarət olacaq.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930