SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub
4-04-2020, 15:27

Prezident İl­ham Əliyevin tapşırığına əsasən, Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, DSX rəisi Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər veril­ib. 

Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930