SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər-Foto

Naxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər-Foto
11-02-2019, 08:00 167 dəfə baxılıb

Muxtariyyətinin 95-ci ilini qeyd edən Naxçıvan güclü müdafiə qüdrətinə malikdir. Muxtariyyət günündə Naxçıvan Qarnizonu qoşunlarında hərbi andiçmə mərasimlərinin bayram əhvalında keçməsi bunu bir daha təsdiq edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc əsgərlərinin də iştirak etdiyi andiçmə mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvan vaxtı ilə Azərbaycanın mərkəzi ərazilərindən olub və XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyətinin qorunmasını itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edərək “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” deyib.

Vurğulanıb ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ildönümündə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə, 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.Naxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər-FotoNaxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər-Foto
Naxçıvanda gənc əsgərlər Vətənə sədaqət andı içiblər-Foto

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728