SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adları uğrunda yarışıblar-FOTO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adları uğrunda yarışıblar-FOTO
31-03-2020, 20:26

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adları uğrunda yarışıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Ordunun hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

“Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışlar icra ediblər.

Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Abdul Mustafayev, “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına isə əsgər Nicat Məmiyev layiq görülüblər.

Qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.






Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930