SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib
26-03-2020, 18:16

Naxçıvan Qarnizonu Qoşunlarında  “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda keçirilən yarışın planına əsasən tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar üzrə bilikləri yoxlanılan hərbi qulluqçulardan döyüş və texniki hazırlıq üzrə normativlər qəbul olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, heyətlər döyüş texnikalarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edib və sürücülük çalışmalarını peşəkarlıqla yerinə yetiriblər.

“Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarışda fərdi qiymətləndirmə də aparılaraq ən yaxşı tank-döyüş maşını komandiri, tuşlayıcı-operator və mexanik-sürücü adlarını qazananlar da olub. Yarışda yüksək nəticələr göstərmiş hərbi qulluqçular Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930