SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni tədris dövrü ərəfəsində qoşunların hazırlığı yoxlanılır

Yeni tədris dövrü ərəfəsində qoşunların hazırlığı yoxlanılır
27-01-2020, 14:30

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik, birləşmə və hissələrinin yeni tədris dövrünə hazırlığını yoxlamaq məqsədilə kompleks tədbirlərə başlanılıb.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yoxlamanın əsas məqsədi hazırlıq dövrü üçün tədbirlər planının icrasının effektivliyini müəyyən etməkdir.

Bir həftə ərzində qərargahların qoşunların idarəedilməsi üzrə fəaliyyəti, döyüş və xüsusi texnikanın imkanları, qoşun xidmətinin aparılması, hərbi hissələrin tədris-maddi bazası, o cümlədən poliqonlar, təlim mərkəzləri, tankodromlar və digər hərbi obyektlərin yeni tədris dövrünə hazırlığı yoxlanılacaq. Bundan əlavə rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi, həmçinin döyüşə hazırlıq vəziyyəti yoxlanılacaq və bir sıra digər tədbirlər yerinə yetiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031