SON DƏQQƏ

naxcivanxeberleri.com

Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub

Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub
10-12-2019, 18:15

Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrnın birgə təşkilatçılığı ilə reallaşan “Əsgər şöhrəti gecəsi”ndə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla yad edilib və Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan, Çingizlə eyni soyadı daşıyan qazi əsgər İsmayıl Qurbanova isə döyüş medalı təqdim olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, general-mayor Xəqani Cəbrayılov Azərbaycan əsgərinin şücaətindən, rəşadətindən danışıb.

Sonra Azərbaycan Ordusunun ilk döyüşçülərindən biri, ehtiyatda olan gizir Qurbanov İsmayıl Cəlal oğlunun da tamaşaçılar arasında olduğu bildirilib. Nəzərə çatdırılıb ki, o, könüllü olaraq əsgər gedəndə çox gənc idi.

İ.Qurbanov əvvəl Bakı ətrafındakı hərbi hissələrdən birində gənc əsgərlər kursunu keçib, daha sonra Qarabağ uğrunda döyüşlərə yollanıb. O, tank əleyhinə divizyonda xidmət edib. Əsgər İ.Qurbanov komandiri olduğu heyət üzvləri ilə Ağdam, Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Düşmənin 4 tankını, 1 PDM-ni məhv edib. O vaxtlar dövlət mükafatına təqdim edilsə də, bu mükafat yalnız uzun illər keçdikdən sonra bu gün sahibinə təqdim ediləcək. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Birinci Qarabağ müharibəsinin əvvəllərində döyüşlərdə iştirak etmiş və fərqlənmiş hərbi qulluqçuların fəaliyyətlərini yenidən araşdırıb və vaxtilə orden-medallara təqdim edilən keçmiş döyüşçülərdən bir qrupu Prezidentin müvafiq sərəncamı ilə təltif edilib. Onlardan biri də Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan müharibə veteranı İsmayıl Qurbanovdur.

Polkovnik Abdulla Qurbani Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçusu gizir Qurbanov İsmayıl Cəlal oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamını diqqətə çatdırdıqdan sonra general-mayor Xəqani Cəbrayılov müharibə veteranını yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib və alqışlar altında medalı onun sinəsinə sancıb.

Ehtiyatda olan gizir “Azərbaycan Respublikasına xidmət edirəm” deyərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını və Ali Baş Komandanın hər bir əmrinə bu gün oğlu ilə birgə hazır olduğunu bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930