SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirildi

Naxçıvan Qarnizonu qoşunlarında təlim-metodiki toplantı keçirildi
7-12-2019, 17:03

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda bölmələrlə müdafiə və hücum mövzusunda taktiki-sıra məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.

Taktiki-xüsusi hazırlıqdan pilotsuz uçuş aparatlarına qarşı mübarizə və hava hücumundan müdafiə üzrə döyüş atışlı nümayiş məşğələ keçirilib.

Bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş məşğələdə qalx komandasından yat komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib. Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, sıra baxışı və yerbəyerin təşkili, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, vətəndaşların qəbulu və “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş məşğələdə öz əksini tapıb.

4 gün davam edən toplantıda əsas məqsəd zabitlərin bölmələri idarəetməsi üzrə komandir keyfiyyətlərinin təkmilləşdirilməsi, məşq, məşğələ və təlimlərin təşkili və keçirilməsi üzrə hazırlıqlarının yoxlanılması olub.

Nəriman Nəcəfov

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31