SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il əsgərlərimizə 3000 cüt yun corab və 400 yun şərf hədiyyə edilib

Bu il əsgərlərimizə 3000 cüt yun corab və 400 yun şərf hədiyyə edilib
29-11-2019, 10:30

Muxtar respublikamızda uzun illərdir, davam edən ənənəyə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri çətin dağlıq şəraitdə Vətənimizin müdafiəsində və sərhədlərimizin qorunmasında ayıq-sayıq dayanan əsgərlərimizə hədiyyə edilir. Əsgərlərə növbəti isti qış geyimlərinin təqdim edilməsi də xalq-ordu birliyinin növbəti ifadəsidir.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar sentyabrın 7-də keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 1500 cüt yun corab və 200 yun şərf əsgərlərimizə hədiyyə edilir. Corablardan 1000 cütü və şərflərdən 150-si Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrinə, 500 cüt yun corab və 50 şərf isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir.
Qeyd olunub ki, 2019-cu il ərzində əsgərlərimizə, ümumilikdə, 3000 cüt yun corab və 400 yun şərf hədiyyə edilib. Belə tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunu təmin etməklə bərabər, onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artıraraq onlarda vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olub. Əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə zabit Orxan Əliyev və əsgər Kamal Vəliyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə ­minnətdarlıq ediblər. Sonra yun corab və şərflər hərbi hissə və zastavalara təhvil verilib.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, ordumuzun hərbi hissələri dövlət qayğısı sayəsində hərtərəfli təminata malikdir. Yerli sakinlərin, xüsusilə də ailə təsərrüfatları başçıları və torpaq mülkiyyətçilərinin, sağlamlıq imkanları məhdud şəxslərin hərbçilərimizə ərzaq və geyim sovqatları göndərməsi isə ordumuzu güvənc yeri bilməsinin, qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Deməli, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında dövlət-xalq-ordu birliyi dayanır.


Nəriman Nəcəfov

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031