SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir

Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir
5-11-2019, 19:31

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi tibb xidməti mütəxəssislərinin işçi görüşü başlayıb.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Türkiyə təmsilçisi polkovnik Yusuf Gündoğdu və Gürcüstan nümayəndəsi polkovnik Avtandil Abaşidzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
Görüşdə Azərbaycan Ordusunun tibbi təminatının strukturlarına dair brifinqlər iştirakçıların diqqətinə təqdim olunub, əməkdaşlıq sahəsində mövcud qabaqcıl təcrübələrin öyrənilməsi və birgə fəaliyyətlər planının hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930