SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib
20-10-2019, 16:30

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə məktəbin zabit və kursant heyəti iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Tədbirdə müstəqillik yolunda Ulu Öndərin əvəzsiz fəaliyyətindən danışılıb, bu günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi vurğulanıb.

Sonda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930