SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO

Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
18-10-2019, 18:09

18 oktyabr 2019-cu il tarixdə Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “18 oktyabr-Müstəqillik Günü” münasibətilə keçirilən görüşün məqsədi gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, onların Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyə olunması və əsgərlərdə ruh yüksəkliyinin artırılmasından ibarət olub.
Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Rəhman Vəliyev çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Son illər hərbi hissələrin ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial-məişət obyektləri inşa edilib, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilibdir. Şəxsi heyətin geyimi, qidalanması, yaşayış və məişət şəraiti diqqət mərkəzində saxlanılır. Bütün bu görülən işlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir.
Görüşdə əvvəlcə gənclərin silahlanmaya daxil edilmiş ən müasir silah və texnikalara, müsair idarə etmə vasitələrinə baxışı olub. Sonra gənclər hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, yeməkxana və əsgəri məişət kompleksi ilə tanış olmuş, əsgərlərlə birlikdə nahar etmişlər.
Daha sonra gənclər Döyüş Şöhrəti Muzeyi ilə tanış olmuş, orada saxlanılan texnikalar haqqında onlara ərtaflı məlumat verilmişdir.
Babək rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının konsert proqramı təşkil edilmiş, gənclər əsgərlərlə birlikdə rəqs etmiş və xoş vaxt keçirmişlər.
Qeyd edək ki, görüşdən öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkələrində qeydiyyat aparılıb və qeydiyyatdan keçən gənclər tədbirdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 35 nəfər gənc iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTOƏlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO
Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində gənclərin əsgərlərlə görüşü təşkil edilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930