SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO

Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
6-10-2019, 18:37

Naxçıvan Qarnizonu tam orta məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə çıxış edənlər ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfərinin ali təhsil müəssisələrinə, 2 nəfərin isə orta ixtisas təhsili müəssisələrinə daxil olduğunu bildiriblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd olunub ki, məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxışların ardından təhsildə fərqlənən müəllimlərə fəxri fərman və hədiyyə verilib.

Sonda şagirdlər müəllimlərini mahnı və şeir nümunələri ilə təbrik ediblər.


Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031