SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO

Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO
6-10-2019, 16:09

Tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb.

Sonda təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.


Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO
Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO
Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO
Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930