SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib

Hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib
30-09-2019, 22:36

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 15 komanda mübarizə aparıb. Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və Olimpiya sistemi ilə keçirilən birincilikdə oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər. 3-cü yer uğrunda keçirilən oyunda motoatıcılar artilleriyaçılar üzərində 5-3 hesabı ilə qələbə qazanıblar. Xüsusi təyinatlı birləşmə ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandaları arasında keçirilən final görüşündə isə əsas və əlavə vaxtlarda hesab açılmadığından qalib komanda 11 metrlik zərbələrlə bəlli olub. Maraqlı idman mübarizəsi ilə yadda qalan futbol birinciliyində 5-4 hesabı ilə qələbə qazanan tərəf Əlahiddə Əməliyyat Briqadası olub. İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Diplom və kuboklarla mükafatlandırılıblar.


Nəriman Nəcəfov

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031