SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO

9-09-2019, 23:22

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub. Sonra mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb. Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Sabir Əliyev və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına əsgər Fərdi Məmmədov layiq görülüb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO
Naxçıvan Qarnizon qoşunların xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında yarış keçirilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30