SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib
2-09-2019, 21:31

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub. Toplantının sonunda “Ən mükəmməl snayper” adı uğrunda yarış keçirilib, snayperlərin müxtəlif üsullarla maskalanmaq, saatlarla müşahidə aparmaq bacarıqları yoxlanılıb, snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.


Nəriman Nəcəfov

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30