SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO

Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO
31-08-2019, 18:04

Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.

Sonra 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən birinciliyin şərtlərinə əsasən hərbi qulluqçular 8 km məsafədə 10 nöqtəni aşkar ediblər. Yarışın keçirilməsində məqsəd hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaları müəyyən etmək olub.

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışında komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə tankçılar, 3-cü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar komandanlıq tərəfindən mükafatlandırılıblar.

Nəriman Nəcəfov

Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTONaxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO
Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO
Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO
Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031