SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Hərbiyyə - 2019" hərbi-vətənpərvərlik düşərgəsində Azərbaycanın tarixi bayraqlarının sərgisi açılıb

31-08-2019, 16:25

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad Xan Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan "Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın tarixi bayraqları” sərgisi açılıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşərgənin gənc vətənpərvərləri ilə yanaşı Müdafiə Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, veteranlar, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin şəxsi heyəti sərgiyə böyük maraqla tamaşa ediblər.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, bayraq hər hansı bir ölkənin mövcudluğunu, şərəf və ləyaqətini əks etdirən müqəddəs rəmzdir. Ölkələrin özlərinə bayraq təyin etməsi orta əsrlərin əvvələrində, döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri məqsədilə başlanıb. Məhz bayraqları öyrənən veksillologiya elmi təsdiq edir ki, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olan, böyük dövlətçilik tarixinə malik Azərbaycan da zaman-zaman mövcud olan öz bayraqları ilə tarixdə mühüm yer tutub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bayrağa həmişə yüksək önəm vermiş və Ulu Öndərimizin sayəsində paytaxtımızda, eləcə də ölkəmizin bir çox bölgələrində Bayraq muzeyləri yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılan üçrəngli dövlət bayrağımız ötən əsrin 90-cı illərinin əvvələrində yenidən Naxçıvanda ucaldılmış, az sonra isə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin sərancamına əsasən 2010-cu ildə başlaraq “Dövlət bayrağı günü” təntənəli surətdə ümümxalq bayramı kimi rəsmi olaraq qeyd olunur.

Sərgidə Midiya, Qaraqoyunlu, Ağqoyunlu, Cəlairilər, Eldənizlər, Səfəvilər dövlətlərinin, Bakı, Şəki, Qarabağ, İrəvan, Gəncə xanlıqlarının, Nadir şah Əfşarın, Cavad Xanın, Qacarların bayraqları, həmçinin Azərbaycanın Xalq Cümhuriyyəti dövründən bu günə kimi qəbul olunmuş bayraqlar nümayiş olunub, hər bir bayraq haqqında geniş məlumat verilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Əli Məmmədov və Canəli Hüseynov tamaşaçıların suallarını cavablandırıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031