SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib
24-08-2019, 18:59

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə,Təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki həyata keçirilib. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılıb. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra ediblər.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Nəriman Nəcəfov

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30