SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib
24-08-2019, 18:30

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc kursantların qəbulu münasibətilə tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxışlardan sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin incəsənət nümayəndələrinin rəngarəng konsert proqramı maraqla izlənilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30