SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTO

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTO
10-08-2019, 17:52

Naxçıvan Qarnizonu qoşunlarında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, intizamlı vətən müdafiəçisi olmaq üçün hər bir əsgər üzərinə düşən vəzifələri şüurla yerinə yetirməli, silah və texnikanın sirlərinə dərindən yiyələnməli, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalı, komandirləri tərəfindən öyrədilənləri dərindən mənimsəməlidir.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Sonra hərbi hissələrdə şəxsi heyətin məişət şəraiti ilə tanış olan əsgər valideynləri yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.



Nəriman Nəcəfov



Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTONaxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTO
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30