SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar-FOTO

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar-FOTO
9-08-2019, 16:00

Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, Heydər Əliyev adına Hərbi Liseydə keçirilən yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək ali hərbi təhsil almaq hüququ qazanan kursantlara uğurlar arzulayıb.

Bildirilib ki, 56 kursantla fəaliyyətə başlayan hərbi liseyin 3 mindən artıq məzunu ötən dövrdə ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olunublar.

Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.

Sonra gələcəyin zabitlərinin təntənəli keçidi olub. Beləliklə də ali hərbi təhsil almaq hüququ qazanan kursantlar Bakı şəhərinə yola salınıblar.


Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar-FOTOHeydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar-FOTO
Heydər Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıblar-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31