SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib

Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
3-08-2019, 18:49

Moskva şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri həmçinin Bütün Dünya Sülhməramlılarına həsr edilmiş heykəltaraşlıq kompozisiyasının açılış mərasimində iştirak edib.

Sonra general-polkovnik Z.Həsənov “Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və “Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031