SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində - FOTO

29-12-2018, 13:02

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Qurumun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Сocuq Mərcanlı kənd məktəbində müəllim və şagirdlərlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib.

Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr təqdim edib.

Sonra nazir cəbhə bölgəsində yerləşən hərbi hospitalda müalicə alan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb. O, hərbi qulluqçulara bayram sovqatları təqdim edib, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031