SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi hissədə tədbir keçirilib - VİDEO

Hərbi hissədə tədbir keçirilib - VİDEO
23-07-2019, 19:32

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən “N” hərbi hissənin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbir açıq elan edildikdən sonra hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, şanlı səhifələr yazıb. Onlarla döyüşçü müxtəlif orden və medallarla təltif olunub.
Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik ediblər və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə gücləndiyini, döyüş qabiliyyətini artırdığını xüsusi vurğulayaraq, Ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğuna əminliklərini ifadə ediblər.
Hərbi hissə komandirinin bayram əmri ilə bir qrup fərqlənən hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Bayram tədbiri Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Baş Mədəniyyət İdarəsinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatıb.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930