SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

Zakir Həsənov Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb
18-07-2019, 17:38

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 18-də Ukraynanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.0

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031