16:00 - Rusiyanın Ukraynadakı itkiləri 170 mini ötüb
15:45 - Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
15:30 - Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar
15:15 - Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:00 - Yaxınlaşan sülh və Ermənistanın təxribatları - terror dövləti xislətindən əl çəkmir
14:30 - Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
14:15 - Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:00 - Milli Muğam Müsabiqəsi başlayır
13:31 - Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
13:00 - Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:30 - Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
12:15 - Bu gün "Novruz şəhərciyi"nin son günüdür-FOTO
12:00 - Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
11:45 - “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
Əlahiddə Ümumqoşun Orduda güləş yarışı keçirilib - FOTO, VİDEO
Əlahiddə Ümumqoşun Orduda müxtəlif idman yarışlarının keçirilməsi davam etdirilir. Hərbi qulluqçular bu dəfə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən güləş yarışılarında güclərini sınayıblar.
Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov idmanın əhəmiyyətindən danışıb, birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Bildirilib ki, hər bir hərbi qulluqçu döyüş hazırlğı ilə yanaşı fiziki hazırlığını da daim yüksək səviyyədə saxlamalıdır. Ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Keçirilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən yarışlara isinmə hərəkətlərindən sonra start verilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda güləşin yunan-roma və sərbəst növləri üzrə 13 komandadan 238 idmançı mübarizə aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda sərbəst güləş üzrə 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb.
Yunan-roma güləşində xüsusi təyinatlılar birinci yerdə qərarlaşıb. Motoatıcılardan ibarət komandalar isə ikinci və üçüncü yerləri bölüşüblər.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.