SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Ordusunun kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb-FOTO

Azərbaycan Ordusunun kadr orqanı işçiləri ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb-FOTO
18-03-2023, 16:50

Azərbaycan Ordusunda kadr orqanı işçilərinin nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da yüksəldilməsi məqsədi ilə keçirilən təkmilləşdirmə kursu başa çatıb.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan sınaq imtahanın sonunda buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Buraxılış mərasimində çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov kadr orqanı işçilərinin təkmilləşdirilməsi, bu sahədə nailiyyətlərin əldə edilməsi üzrə Azərbaycan Ordusunda aparılan işlərdən danışıb. İdarə rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar müasir tələblər çərçivəsində təkmilləşdirilir.
Sonra general-mayor E.Xəlilov kurs iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərinə dair tövsiyələrini verərək uğurlar arzulayıb.
Qeyd edək ki, kurs müddətində dinləyicilərə Azərbaycan Ordusunda müasir innovativ metodlardan istifadə etməklə uğurlu kadr siyasətinin reallaşdırılması haqqında mühazirələr oxunub. Şəxsi heyətin uçotunun aparılması və təltif edilməsi, onlara fəxri adların və mükafatların verilməsi qaydaları öyrədilib.
Bundan əlavə hərbi xidmətə qəbul, planlı şəkildə yerdəyişmə (rotasiya), ehtiyata və istefaya buraxılma qaydaları, həmçinin hərbi qulluqçuların sosial məsələləri və xidmətlə bağlı digər zəruri mövzularda məşğələlər keçirilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031