SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah 38 dərəcəyə qədər isti olacaq

Sabah 38 dərəcəyə qədər isti olacaq
15-06-2019, 13:15

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031