00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Umayra Tağıyeva: "Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb"
“Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2.3 dərəcə aşağı olub”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb. Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”.
U.Tağıyeva bildirib ki, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir: “Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb”.
Xidmət rəisi vurğulayıb ki, ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub: “Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27.1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5.1 dərəcə yüksək olub”.