SON DƏQİQƏ

naxcivanxeberleri.com

Noyabrın ikinci ongünlüyündə orta temperatur ötən illə müqayisədə 3-5º yüksək olub

Noyabrın ikinci ongünlüyündə orta temperatur ötən illə müqayisədə 3-5º yüksək olub
23-11-2022, 23:00

Respublikanın əksər bölgələrində noyabrın ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 7º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 11-14º, Şəki-Zaqatalada 10-15º, Dağlıq Şirvan bölgəsi və Qubada 7-8º, Lənkəran-Astarada 11-13º, Tovuz-Qazaxda 6-13º qeydə alınıb.

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə -1º şaxta, Qazaxda 2º, Quba, Şamaxı, Naxçıvan və Tovuzda 3º, Şəki, Zaqatala, Göyçay, Cəfərxan və Ceyrançöldə 4º, Bərdə, Zərdab, Lənkəran və Gəncədə 5º, Maştağada və Acınohurda 7º qeydə alınıb.

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031