SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün 38 dərəcə isti olacaq

Bu gün 38 dərəcə isti olacaq
4-06-2019, 09:30

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 31-36, Bakıda 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda 33-38, dağlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930