00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
"Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır"
"Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə yüksək olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır".
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, 2003-cü ildə Bakıda may ayında havanın temperaturu 5 dərəcə olub ki, bu da qış fəslinə xas olub:
“Nə qədər iqlim dəyişikliyi qeydə alınsa da, havanın soyuq keçməsinin öz müsbət tərəfi də var. Belə ki, yağıntıların çox olması uzun müddət çaylarda sululuğun artmasına təsiri olub. May ayında bütün ay üçün nəzərdə tutulan norma miqdarından artıq yağıntı qeydə alınıb. Bütövlükdə belə qeyri-sabit hava şəraiti illər ərzində baş verə bilir. İqlim dəyişmələrinin təzahürlərindən biri də müvafiq fəslə xas olmayan hadisələrin tez-tez baş verməsidir. Hətta may ayında qar da yağıb. Misal olaraq, may ayında qarlı hava 2012-ci ildə müşahidə olunmuşdu. Bu il də mayın birinci ongünlüyündə qarın hündürlüyü həmin illə müqayisədə daha çox (18 sm) olub”.