SON DƏQİQƏ

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

naxcivanxeberleri.com

Yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi - Umayra Tağıyeva

Yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi - Umayra Tağıyeva
26-01-2022, 15:47

Bu ilin yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi. Cənub enliklərində görünməmiş şaxtalar, qar yığınları və təpələri məgər iqlimin istiləşməsidir? Həqiqətən də ilk baxışda bu sualın məntiqi olduğunu düşünmək olar, lakin iqlim və hava eyni bir şey deyil. Belə ki, əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, "iqlim dəyişir", yox əgər qar yağırsa qlobal istiləşməyə şübhə ilə yanaşılır. Lakin bu iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənlikləridir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən də iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur:

"İqlim dəyişmələri isə onillikər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir. İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı və çox əhəmiyyətli bir elm edir. İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir. İlin ən soyuq ayı olan yanvara qayıdaq. Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub".

U.Tağıyeva vurğulayıb ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb.

"Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarmadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub. Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq. Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzı saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər", - o qeyd edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031