00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
Yanvarın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Yanvarın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Yanvarın 19-da gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.