SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yanvarın 15-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 15-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
14-01-2022, 15:27

Yanvarın 15-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31