SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah Bakıda 28 dərəcə isti olacaq

Sabah Bakıda 28 dərəcə isti olacaq
8-05-2019, 12:52

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930