SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dekabrın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
6-12-2021, 15:00

Dekabrın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq.

Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Dekabrın 7-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31