SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yağış, qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Yağış, qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
11-11-2021, 10:20

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Qəbələdə 17.0 mm, Əyriçay-Başdaşağıl (Oğuz) 15.0 mm, Sarıbaşda (Qax)12.0 mm, Kişçayda (Şəki) 11.0 mm, Qusarda 10.0 mm, Gədəbəydə 9.0 mm, Kürdəmir, Oğuz, Şəkidə 7.0 mm, Quba, Qrızda 6.0 mm, Daşkəsən, İmişlidə 5.0 mm, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3.0 mm, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2.0 mm, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9° isti, aran rayonlarında
7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan MR-da 1-7° isti olub.

Qeyd edək ki, noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031