SON DƏQİQƏ

naxcivanxeberleri.com

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb
27-10-2021, 15:00

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz
13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031